ABŞ Prezidenti Donald Tramp Noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı yeni bombardmanların başlayacağını istisna etməyib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, "Time" jurnalına müsahibəsində jurnalistin seçkilərdən sonra yeni zərbələrin ehtimalı ilə bağlı sualına Tramp "Mümkündür" deyə cavab verib.
O, həmçinin Vaşinqtonun böyük silah ehtiyatına malik olduğunu və bu imkanları müttəfiqləri ilə bölüşməyə hazır olduğunu vurğulayıb.
Zeynəb Rzayeva
















