• Bakı 15° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Dzyuba karyerasını başa vurdu

İDMAN

01 Oktyabr 2026 | 16:55 | Müəllif: Əli Hüseynov

Dzyuba karyerasını başa vurdu

Rusiyanın məşhur hücumçusu Artyom Dzyuba 38 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçunun özü açıqlama verib.

Dzyuba son olaraq "Akron"da çıxış edib və klubdan ayrıldıqdan sonra azad agent statusunda idi. O, karyerası ərzində "Spartak Moskva", "Rostov", "Zenit", "Lokomotiv", "Adana Dəmirspor" və "Akron" kimi klubların formasını geyinib.

Karyerasının ən uğurlu dövrünü "Zenit"də keçirən hücumçu Sankt-Peterburq təmsilçisi ilə 4 dəfə Rusiya çempionu, 2 dəfə ölkə kubokunun və 4 dəfə Superkubokun qalibi olub. "Zenit"in heyətində 249 oyunda 108 qol vurub.

Dzyuba, həmçinin Rusiya futbolu və milli komanda tarixinin ən məhsuldar hücumçularından biridir. O, 2025-ci ildə klub və milli komanda səviyyəsində 234 qolla Rusiya futbolunun ən yaxşı bombardiri olub. Rusiya millisində isə 56 oyun keçirən Dzyuba 31 qol vuraraq yığmanın tarixində ən çox qol vuran futbolçu statusunu əldə edib.

Xüsusilə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında göstərdiyi performansla yadda qalan Dzyuba həmin turnirdə 5 oyunda 3 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR