• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

MEDİA

01 Oktyabr 2026 | 18:46 | Müəllif: Subhan Mahmudov

Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Media və Yayım Şurasının sədri Əhməd İsmayılov "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu çərçivəsində bir sıra nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə Bakıvaxtı.az-a Media və Yayım Şurasından məlumat verilib.

Bildirilib ki, Türkiyənin Radio və Televiziya Baş İdarəsinin sədri Mehmet Daniş, Pakistanın federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Vəcihə Qəmər, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov ilə keçirilən görüşlər zamanı müasir informasiya mühitində sürətlə dəyişən kommunikasiya tendensiyalarının media institutları arasında daha sıx əməkdaşlığı və davamlı təcrübə mübadiləsini zəruri etdiyi vurğulanıb. Bu baxımdan media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif formatlarda birgə layihələrin təşviqinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, qlobal informasiya məkanında etimadın qorunması, media savadlılığı, dezinformasiyanın təsirlərinin azaldılması, media məzmununun keyfiyyətinin yüksəldilməsi və rəqəmsal platformaların yaratdığı yeni çağırışlara uyğun yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.


Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiribƏhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiribƏhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiribƏhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiribƏhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiribƏhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiribƏhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR