• Bakı 21° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Yaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLAR

SİYASƏT

01 Oktyabr 2026 | 12:52 | Müəllif: Əli Hüseynov

Yaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLAR

Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Seçkin müşahidəçi günü” tədbirlərində iştirak edir.

Bakıvaxtı.az xəbər verir ki, Yaşar Gülər Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıranla birlikdə Şuşada təlimin keçirildiyi əraziyə gedib.

    Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birlikdə təlim ərazisində nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnikalara da baxış keçirib.


    Yaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLARYaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLARYaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Sentyabr 2026