• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

SİYASƏT

01 Oktyabr 2026 | 09:55 | Müəllif: Əli Hüseynov

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

    Məlumata əsasən, o, Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

    İrakli Çikovani səfər çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) ziyarət edib.

    Nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini Davit Kupatadze və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor Zaza Çxaidze daxildir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Sentyabr 2026