• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

AQTA Kürdəmirdəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

CƏMİYYƏT

01 Oktyabr 2026 | 09:54 | Müəllif: Əli Hüseynov

AQTA Kürdəmirdəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, ilkin məlumata əsasən, hadisənin baş verdiyi şadlıq sarayı icarəyə götürülüb və qida məhsulları toy sahibi tərəfindən hazırlanaraq istehlaka təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

AQTA-nın məlumatında ölkə ərazisində son zamanlar baş verən kütləvi zəhərlənmə hadisələri toy, nişan və digər kütləvi məclislər üçün ev şəraitində qida məhsullarının hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmamasının qida zəhərlənmələri riskini artırdığı diqqətə çatdırılıb.

Agentlikdən hadisə ilə əlaqədar aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026