16 sentyabrdan bəri Taylandın 29 əyalətində, o cümlədən Banqkokda yağan güclü yağışlar nəticəsində 2,6 milyondan çox insana zərər görüb.
Bakıvaxtı.az "Banqkok Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Nazir Aparatı məlumat yayıb.
Məlumata görə, daşqınlar təxminən 2700 kvadrat kilometr ərazini əhatə edib. Ən böyük ziyan ölkənin mərkəzi hissəsində qeydə alınıb. Tibb işçiləri ölkənin şərqində daşqınlardan zərər çəkmiş 52 000 insana yardım göstərir.
Ölkənin Fəlakətlərin Qarşısının Alınması və Azaldılması Departamenti bildirib ki, daşqın qurbanları üçün 233 müvəqqəti yaşayış mərkəzi açılıb.
İqtisadçılar ölkə iqtisadiyyatına dəyən ziyanı ən azı 327 milyon dollar məbləğində qiymətləndiriblər.
Gülşən Şərif
















