• Bakı 17° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Masallıda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB

HADİSƏ

01 Oktyabr 2026 | 09:51 | Müəllif: Qalib İbrahimoğlu

Masallıda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB

Ötən gün saat 23:00 radələrində Masallı rayonunun Mollaoba kəndinin ərazisində Aşurlu kənd sakini Eminağa Həşimovun idarə etdiyi “VAZ” markalı avtomobili maneəyə vurması nəticəsində özü və sərnişini, Tüklə kənd sakini Elvin İbrahimov hadisə yerində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

    Qeyd olunub ki, ilkin ehtimala görə, hadisəyə səbəb yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxması göstərilir.

    "Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır fəsadlara səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi iki gəncin faciəsi ilə nəticələnən bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır", - məlumatda qeyd olunub.

    ***

    08:57

    Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.

      Belə ki, rayon sakini Eminağa Həşimov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin darvazasına çırpılıb.

      Nəticədə sürücü Eminağa Həşimov və avtomobildəki sərnişin Elvin İbrahimov həlak olublar.

      Faktla bağlı araşdırma aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      01 Oktyabr 2026