• Bakı 18° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Hərbçilərimiz dağçılıq təlimində -  FOTOLAR

SİYASƏT

01 Oktyabr 2026 | 09:42 | Müəllif: Əli Hüseynov

Hərbçilərimiz dağçılıq təlimində - FOTOLAR

Gürcüstanın Müdafiə Nazirliyinin Saçxeri Dağçılıq Təlim Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Təməl Yay Dağ Təlimi” kursu başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Təlim müddətində hərbi qulluqçular şaquli istiqamətdə hərəkət və enmə, xüsusi dağçılıq avadanlıqlarından, əl və ayaq texnikalarından istifadə edərək qayalara dırmanma, həmçinin dağlıq və qayalıq ərazilərdə müxtəlif praktiki tapşırıqları yerinə yetirib.

    Bağlanış mərasimində çıxış edənlər kurs iştirakçılarının əldə etdikləri bilik və bacarıqların əhəmiyyətini, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçuları arasında birgə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

    Kursun keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dağlıq və qayalıq ərazilərdə fəaliyyəti üzrə praktiki bacarıqlarının təkmilləşdirilməsi, dağçılıq avadanlıqlarından düzgün və təhlükəsiz istifadə vərdişlərinin artırılması, eləcə də iştirakçı ölkələrin hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılması olub.

    Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar və döş nişanları təqdim olunub, xatirə şəkilləri çəkdirilib.


    Hərbçilərimiz dağçılıq təlimində - FOTOLARHərbçilərimiz dağçılıq təlimində - FOTOLARHərbçilərimiz dağçılıq təlimində - FOTOLARHərbçilərimiz dağçılıq təlimində - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR