• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Sabiq deputat "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

CƏMİYYƏT

30 Sentyabr 2026 | 22:20 | Müəllif: Subhan Mahmudov

Sabiq deputat "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı Bilgəh qəsəbəsində yerləşən “Ahıllar evi”ndən reportaj hazırlanıb. “Qafqazinfo” xəbər portalı tərəfindən hazırlanan videomaterialda ahıllar keçmişi, bu günü və xatirələri ilə bağlı danışıblar. Videomaterialın ən təsirli anı isə jurnalistin “Kimin yanınıza gəlməsini istəyərdiniz?” sualı ilə bağlı olub. Onlardan bəziləri övladlarının, bəziləri nəvələrinin, digərləri isə analarının yanına gəlməsini istəyib. Videoreportajda digər diqqətçəkən məqam isə Mirvari Məmmədova adlı “Ahıllar evi” sakini olan qadının danışarkən özünün bir zamanlar deputat olduğunu bildirməsi olub. 

Bakıvaxtı.az xəbər verir ki, məlum olub ki, “Ahıllar evi”nin sakini olan M.Məmmədova, həqiqətən də, deputat olub. O, Bakının Keşlə rayonunun (indiki Nərimanov rayonu) 1967-1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı olub. Sabiq deputat Mirvari Məmmədova fəhlə sinfinin fəal nümayəndəsi kimi qanunverici orqanda Bakı şəhərinin 28 saylı Keşlə seçki dairəsindən deputat seçilib.

O, Bakı Alətqayırma Zavodunda (indiki Cihazqayırma Zavodu) toplayıcı-çilingər kimi fəaliyyət göstərib.

Qeyd edək ki, sabiq deputat Mirvari Məmmədovanın hansı səbəbdən “Ahıllar evi”nə yerləşdirildiyi məlum deyil. O, videomaterialda övladının Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyini və onun bir gün “Ahıllar evi”nə gələcəyini gözlədiyini qeyd edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR