• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Zimbabvedə helikopter qəzasında 6 nəfər ölüb

DÜNYA

01 Oktyabr 2026 | 00:26 | Müəllif: Subhan Mahmudov

Zimbabvedə helikopter qəzasında 6 nəfər ölüb

Zimbabvenin Marondera şəhəri ətrafında helikopter qəzasında 6 nəfər ölüb.

Bakıvaxtı.az "New Zimbabwe" portalına istinadən xəbər verir ki, bu barədə Zimbabvenin İnformasiya və Yayım Xidmətləri Nazirliyinin katibi Nik Manqvana bildirib.

Onun sözlərinə görə, helikopterin göyərtəsində tanınmış biznesmen Viknell Çivayo, eləcə də 3 sərnişin və 2 pilot olub.

Yerli polis helikopterin göyərtəsində olan hər kəsin öldüyü təsdiqləyib.

Aviaqəzanın səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026