• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bu binada heç kim yaşamır

CƏMİYYƏT

01 Oktyabr 2026 | 09:31 | Müəllif: Əli Hüseynov

Bu binada heç kim yaşamır

Bakının Əhmədli qəsəbəsində yerləşən və illər əvvəl istifadəyə verildiyi bildirilən çoxmərtəbəli bina sakinlərin yaşamaması ilə diqqət çəkir.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, jurnalist Rahil Sayadoğlu binanın 2000-ci illərdən təhvil verildiyini, lakin indiyədək burada heç kimin yaşamadığını bildirib.

Onun sözlərinə görə, binanın niyə boş qalması ilə bağlı müxtəlif fikirlər səsləndirilir:

"Bəziləri deyir ki, binanın konstruksiya problemləri var, əyriliyi var. Bəziləri deyir ki, binanı tikən adamlarla müəyyən qurumlar arasında problem yaranıb, ona görə.

Bir sözlə, hərə bir şey deyir. Amma dəqiq bilən yoxdur ki, gənclərin ev deyib qan ağladığı bir vaxtda niyə bu binada yaşayış yoxdur. bütün mənzillərdə sayğaclara kimi qurulub.

Maraqlı məqam odur ki, bu bina istifadəyə yararsızdırsa, bəs niyə bunun altında iaşə obyektləri var? Müxtəlif marketlər, mağazalar, nə desən, var. Bina problemidirsə, niyə buna icazə veriblər?”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026