• Bakı 20° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Messinin oynamadığı matçda 4 qol vuruldu

İDMAN

01 Oktyabr 2026 | 11:34 | Müəllif: Əli Hüseynov

Messinin oynamadığı matçda 4 qol vuruldu

Argentina millisi yoldaşlıq görüşündə Boliviya ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Kordovadakı “Mario Alberto Kempes” stadionunda keçirilən oyun argentinalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qolları Lautaro Martines (19), Niko Pas (29), Kristian Romero (53) və Xese Lopes (83) vurub.

Bu, Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya uduzduqları oyundan (0:1) sonrakı ilk qarşılaşmasıdır. Millinin lideri Lionel Messi bu oyunda iştirak etməyib. 39 yaşlı hücumçu oktyabrın 6-da Beninlə keçirilən görüşdə yığmada vida matçına çıxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026