Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo baş məşqçi Xorxe Jesusla mübahisədən sonra icazəsiz olaraq komandanın düşərgəsini tərk edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.
41 yaşlı futbolçu, baş məşqçinin qərarı ilə Millətlər Liqası çərçivəsində Norveçə qarşı keçiriləcək oyunun heyətindən kənarda qaldıqdan sonra komandanın son üç məşqində iştirak etməyib.
Jesusun Danimarkaya qarşı növbəti oyunda Ronaldoya heyətdə yer verəcəyinə dair heç bir təminat vermədiyi bugünkü mətbuat konfransından sonra Kriştiano hava limanına yollanıb və şəxsi təyyarəsi ilə oradan ayrılıb.
















