• Bakı 24° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Tsarukyan işi böyüyür: Telefon və avtomobillər müsadirə edildi

DÜNYA

01 Oktyabr 2026 | 10:18 | Müəllif: Günəş Mərd

Tsarukyan işi böyüyür: Telefon və avtomobillər müsadirə edildi

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanla bağlı cinayət işi çərçivəsində axtarış aparılan evlərdə olan qonaqların əşyalarını da müsadirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, “Joghovurd” qəzetinin məlumatına görə, müstəntiqlər müxtəlif vətəndaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı həmin evlərdə qonaqların olduğu hallarda onların mobil telefonları və avtomobilləri də müsadirə edilib.

“Joghovurd” qeyd edir ki, Tsarukyan işi üzrə həbs edilən şəxslərin məhkəməyəqədər həbs müddəti başa çatmaq üzrədir. İstintaq orqanının həmin şəxslər barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün məhkəməyə vəsatət təqdim etməyi planlaşdırdığı bildirilir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026