Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun milli komandanın təlim-məşq düşərgəsini icazəsiz tərk etdiyi video yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, görüntülər "Record Portugal" tərəfindən dərc edilib.
Videoda 41 yaşlı hücumçunun Kopenhagendəki Parken stadionunda komandanın oyunöncəsi məşqi zamanı arenanı arxa çıxışdan tərk etdiyi, maşına mindiyi və hava limanına doğru getdiyi görünür.
















