• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Nepalda qar uçqunu: 7 nəfər öldü

DÜNYA

01 Oktyabr 2026 | 00:20 | Müəllif: Subhan Mahmudov

Nepalda qar uçqunu: 7 nəfər öldü

Nepalın Mananq dairəsindəki Himlunq dağında axtarış-xilasetmə əməliyyatı zamanı üç gün əvvəl qar uçqunu nəticəsində həlak olan yeddi nəfərin meyiti tapılıb.

Bakıvaxtı.az "The Kathmandu Post"a istinadən xəbər verir ki, doqquz nepallı hələ də itkin düşmüş sayılır.

Qeyd edilib ki, hadisə günü, sentyabrın 27-də şerplər və köməkçi personal daxil olmaqla, 16 nəfərlik qrup alpinistlərin gəlişi üçün düşərgə hazırlayır və marşrut çəkirdi. Nəşrin məlumatına görə, həlak olanların meyitləri düşərgədən dairənin inzibati mərkəzi olan Çameyə çatdırılıb və oradan ekspertizaya göndəriləcək.

Qeyd olunan ərazidə axtarış-xilasetmə işləri davam edir. Nepal Milli Dağ Bələdçiləri Assosiasiyasının (NNMGA) məlumatına görə, əməliyyata beşdən çox təcrübəli bələdçi-alpinist cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026