İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılır.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada işə qəbul ediləcəklər. Qeydiyyat oktyabrın 5-i saat 10:00-dək davam edəcək.
Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.
Müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçim etdiyi vakant vəzifəyə təyin olunacaq.
Qeydiyyat zamanı namizədlərdən şəxsi məlumatlarını düzgün, tam və dəqiq qeyd etməlidirlər.
















