• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Əkrəm Tağıyev vəfat etdi

MƏDƏNİYYƏT

30 Sentyabr 2026 | 13:35 | Müəllif: Əli Hüseynov

Əkrəm Tağıyev vəfat etdi

Azərbaycan Rəssamlıq Akademiyasının “Rəsm” kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev 77 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Əkrəm Tağıyev Xalq rəssamı Tağı Tağıyevin oğludur. O, 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəsm” kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib.

Rəssamın əsərlərində mənzərə, portret və natürmort janrlarına geniş yer verilib. “Abşeron”, “Dəniz mənzərəsi”, “Dəniz və qadın”, “Güzgü qarşısında”, “Xəzri”, “Qobustan daşları”, “Avtoportret”, “Bakı gecəsi” kimi əsərləri onun yaradıcılıq irsinin mühüm nümunələrindəndir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026