“Dövlət bir insanı imtahandan keçirib sertifikat verirsə, sonra onu illərlə gözlətməməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin 30 sentyabr tarixli iclasında Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, imtahanların tez-tez keçirilməsi düzgün deyil:
“İnsan ömrünün sonuna kimi imtahan verməməlidir. Bəs nə vaxt işləsin, nə vaxt mütəxəssisləşsin?"
R.Nurullayev qeyd edib ki, bu cür hallar dövlət qulluğuna namizədlər üçün sabit iş mühitini pozur.
Deputat bildirib ki, imtahanların tez-tez keçirilməsi dövlət qulluğuna namizədlər üçün sabit iş mühitini poza bilər:
“İmtahandan uğurla keçərək sertifikat alan şəxslərin sonrakı taleyi ilə bağlı qeyri-müəyyənlik yaranır. O təklif edib ki, sertifikat almış şəxs ən geci 3-6 ay ərzində ixtisasına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etmək və işə təyin olunmaq üçün real imkan əldə etsin”.
Onun sözlərinə görə, bu, şəxsin avtomatik olaraq istədiyi vəzifəyə təyin edilməsi demək deyil. Vəzifənin tələbləri, müsahibə və digər prosedurlar qüvvədə qalmalıdır.
R.Nurullayev həmçinin dövlət qulluğu sertifikatının qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi məsələsinə yenidən baxılmasını təklif edib.
Zeynəb Rzayeva
















