• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zəngilanda veloyürüş keçirilib - FOTOLAR 

    CƏMİYYƏT

    30 Oktyabr 2026 | 15:36 | Müəllif: Günəş Mərd

    Zəngilanda veloyürüş keçirilib - FOTOLAR

    Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AZVİF) birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.

    AZVİF-dən Bakıvaxtı.az-a bildirilib ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.

    Tədbirin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.

    Qeyd olunub ki, veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb edilməsidir.


    Zəngilanda veloyürüş keçirilib - FOTOLARZəngilanda veloyürüş keçirilib - FOTOLARZəngilanda veloyürüş keçirilib - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026