• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Ermənistanın Müstəqillik Günü İraq Kürdüstanında qeyd edildi 

DÜNYA

30 Sentyabr 2026 | 17:00 | Müəllif: Əli Hüseynov

Ermənistanın Müstəqillik Günü İraq Kürdüstanında qeyd edildi

İraq Kürdüstanının paytaxtı Ərbildə Ermənistan Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Məsud Bərzaninin nümayəndəsi, Ərbil qubernatoru, Kürdüstan muxtariyyətinin siyasi, diplomatik və dini dairələrinin yüksək vəzifəli təmsilçiləri, eləcə də biznes nümayəndələri iştirak ediblər.

Qəbulda erməni və digər xristian icmalarının dini rəhbərləri də təmsil olunublar.

Tədbir iştirakçıları Ermənistanın diplomatik nümayəndələri və ölkənin Ərbildəki Baş Konsulluğunun əməkdaşları ilə görüşüblər.

Qəbul zamanı Ermənistanla İraq Kürdüstanı arasında tarixi və mədəni əlaqələrdən danışılıb. Tərəflər münasibətlərin daha da inkişaf etdirilməsinin, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR