• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Ağakərim Səmədzadə federasiya prezidenti seçildi - FOTO

SİYASƏT

30 Sentyabr 2026 | 13:52 | Müəllif: Əli Hüseynov

Ağakərim Səmədzadə federasiya prezidenti seçildi - FOTO

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib.

Yığıncaqda federasiyanın rəhbərliyinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib.

Qeyd edək ki, federasiyaya son dörd il ərzində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev rəhbərlik edib.

Ağakərim Səmədzadə federasiya prezidenti seçildi - FOTO


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR