• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Böyük Qayıdış: Daha 42 ailə doğma yurduna döndü - FOTOLAR

CƏMİYYƏT

30 Sentyabr 2026 | 09:00 | Müəllif: Qalib İbrahimoğlu

Böyük Qayıdış: Daha 42 ailə doğma yurduna döndü - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocavənd şəhərinə 16 ailə - 55 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Böyük Qayıdış: Daha 42 ailə doğma yurduna döndü - FOTOLARBöyük Qayıdış: Daha 42 ailə doğma yurduna döndü - FOTOLARBöyük Qayıdış: Daha 42 ailə doğma yurduna döndü - FOTOLARBöyük Qayıdış: Daha 42 ailə doğma yurduna döndü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026