Müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabında idman zalından görüntülər paylaşıb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi məşq zamanı çəkdiyi videoda qulağında istifadə etdiyi “open-ear” tipli qulaqlığı nümayiş etdirib.
Qulaqlığın görünüşünün sırğanı xatırlatması isə onun diqqətindən yayınmayıb.
Zamiq Hüseynov paylaşımında bu məqamla bağlı müraciət edərək qulağındakı aksesuarın sırğa deyil, qulaqlıq olduğunu bildirib.
“Sözbazlar, bu, qulaqlıqdır. Sözbazlıq etməyin! Belə adamlar var, boş-boş danışanlar”, – deyə müğənni qeyd edib.
















