• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

CƏMİYYƏT

30 Sentyabr 2026 | 00:31 | Müəllif: Əli Hüseynov

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Azərbaycanda vətəndaşların fərdi pensiya hesablarında toplanan pensiya kapitalından sağlığında istifadə etməsi, vəfat etdikdən sonra isə həmin vəsaitin ailə üzvlərinə və ya vərəsələrinə ötürülməsi məsələsi uzun müddətdir müzakirə olunur.

Bəs belə bir mexanizmin tətbiqi mümkündürmü və bunun üçün hansı dəyişikliklərə ehtiyac var?

Bakıvaxtı.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkı qanunvericilik vətəndaşın fərdi pensiya hesabında toplanan pensiya kapitalından sərbəst şəkildə istifadə etməsinə imkan vermi:

“Bu məsələ uzun müddətdir müzakirə olunur. Amma bununla bağlı mexanizm hazırlanmalıdır. İndiki qanunvericilik buna imkan vermir. Bəlli məntiq hesablanıb tapılmalıdır ki, vətəndaşların öz pensiya kapitallarına çıxış imkanları bununla təsbit olunsun”.

İqtisadçı hesab edir ki, vətəndaşın fərdi pensiya hesabında formalaşan vəsaitə çıxışının hansı hallarda mümkün olacağı, eləcə də vəfat zamanı həmin kapitalın ailə üzvlərinə və ya vərəsələrə hansı qaydada ötürüləcəyi qanunvericiliklə dəqiq müəyyənləşdirilməlidir.

Beləliklə, pensiya kapitalından sağlığında istifadə və vəfat etdikdən sonra həmin vəsaitin vərəsələrə ötürülməsi üçün mövcud qaydalara dəyişikliklərlə yanaşı, konkret və hesablama prinsiplərinə əsaslanan mexanizmin hazırlanması tələb olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026