• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

“Roşka”nın 5 il həbsi tələb edildi

CƏMİYYƏT

29 Sentyabr 2026 | 14:07 | Müəllif: Subhan Mahmudov

“Roşka”nın 5 il həbsi tələb edildi

Tiktokda “Roşka”kimi tanınan Rövşən Süleymanovun məhkəmə istintaqı başa çatıb.

Bakıvaxtı.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror “Roşka”nın Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün bir neçə saat vaxt verilib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026