• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu

DÜNYA

29 Sentyabr 2026 | 23:04 | Müəllif: Əli Hüseynov

Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu

Mərakeş Kralı VI Məhəmməd Fatimə Zəhra əl-Mənsurini ölkənin Baş naziri təyin edib.

Bakıvaxtı.az “Associated Press”ə istinadən xəbər verir ki, bununla da 50 yaşlı əl-Mənsuri Mərakeş tarixində bu vəzifəni tutan ilk qadın olub.

Kral Sarayının açıqlamasına görə, indiyədək şəhərsalma naziri vəzifələrini icra edən əl-Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.

Yeni Baş nazirin koalisiya hökuməti formalaşdıracağı gözlənilir.

Əl-Mənsuri, həmçinin Tunisin keçmiş Baş naziri Nəcla Budendən sonra ərəb dünyasında hökumət başçısı vəzifəsini tutan ikinci qadın olub.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026