• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırıldı

İDMAN

29 Sentyabr 2026 | 12:34 | Müəllif: Subhan Mahmudov

Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırıldı

UEFA Millətlər Liqasının D Divizionunda Bakıda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristian-Petru Çokirka olacaq. Ona yan xətt hakimləri Maksimilian Vayss və Martin Obritsberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şafak Parmaksız yerinə yetirəcək.

VAR hakimi Manuel Şüttenqruber, onun köməkçisi Aleksandr Harkam olacaq.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026