• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırıb

SİYASƏT

29 Sentyabr 2026 | 18:13 | Müəllif: Əli Hüseynov

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırıb

İtaliya hərbi kontingentinin İraqdan çıxarılmasını tam başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.

    Onun sözlərinə görə, axtarış-xilasetmə işlərində və maddi-texniki təminatın daşınmasında iştirak edən sonuncu italiyalı hərbçilərin sentyabrın 30-da geri qayıtması ilə İtaliya Silahlı Qüvvələrinin İraqdakı iştirakı başa çatır.

    Nazir bildirib ki, bu, İtaliyanın birtərəfli qərarı deyil, Bağdad və tərəfdaş ölkələrlə razılaşdırılmış yeni mərhələnin tərkib hissəsidir. İraq təhlükəsizlik qüvvələri ölkənin təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşıyacaq.

    Krosetto əlavə edib ki, İtaliya ilə İraq arasında hərbi iştirakın azalmasına baxmayaraq, əməkdaşlıq, təlim, təcrübə mübadiləsi və potensialın inkişaf etdirilməsi davam etdiriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR