• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Cəlilabadda Vətən müharibəsi şəhidi İlqar Zeynalov anılıb

SİYASƏT

29 Sentyabr 2026 | 20:48 | Müəllif: Əli Hüseynov

Cəlilabadda Vətən müharibəsi şəhidi İlqar Zeynalov anılıb

Cəlilabad rayonunun Zopun kəndində Vətən müharibəsi şəhidi, baş leytenant İlqar Natiq oğlu Zeynalovun anım mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Tərtər-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan İlqar Zeynalovun xatirəsinə həsr olunan tədbirin rəsmi hissəsi şəhidin doğulub boya-başa çatdığı evin həyətində, bədii hissəsi isə Elçin Qasımov adına tam orta məktəbdə təşkil olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidin atası Natiq Zeynalov çıxış edərək oğlunun Vətən sevgisindən və döyüş yolundan danışıb. O, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, baş leytenant İlqar Zeynalov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə antiterror əməliyyatı qəhrəmanı Əkrəm Kəlbiyevin atası Faiq Kəlbiyev, şəhid Xəlil Ağayevin anası Şəhla Ağayeva, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə YAP Yasamal rayon ərazi təşkilatının sədri, fəlsəfə doktoru Şölət Zeynalov, şəhidin yaxınları, rayon rəsmiləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri çıxış ediblər.

Çıxışlarda İlqar Zeynalovun şərəfli hərbi xidmət yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və şəhidlərin xatirəsinin əbədiliyindən bəhs olunub.

Tədbir zamanı məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirib.

Sonda tədbir iştirakçıları İlqar Zeynalovun məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, şəhidin ruhuna dualar oxuyublar.


Cəlilabadda Vətən müharibəsi şəhidi İlqar Zeynalov anılıbCəlilabadda Vətən müharibəsi şəhidi İlqar Zeynalov anılıbCəlilabadda Vətən müharibəsi şəhidi İlqar Zeynalov anılıbCəlilabadda Vətən müharibəsi şəhidi İlqar Zeynalov anılıbCəlilabadda Vətən müharibəsi şəhidi İlqar Zeynalov anılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR