• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olundu

CƏMİYYƏT

29 Sentyabr 2026 | 15:06 | Müəllif: Zeynəb Rzayeva

"İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olundu

Bakıda keçiriləcək üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) məlumat verilib.

AÜF-ün təqdim etdiyi maskotlar "Araz", "Damla" və "Xəzər" adlanır.

Maskotlar üzgüçülüyə marağın və suya olan sevginin rəmzi kimi hazırlanıb. Onlar həm ən kiçik üzgüçülük həvəskarlarını, həm də peşəkar idmançıları əhatə edən auditoriyaya xitab edir.

Maskotların əsas missiyalarından biri su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətinə diqqət çəkməkdir. Eyni zamanda, qəhrəmanlar vasitəsilə Xəzər dənizində su səviyyəsinin azalması məsələsinin diqqətdə saxlanılması nəzərdə tutulur.

Qeyd edək ki, "Araz", "Damla" və "Xəzər"lə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsi çərçivəsində keçiriləcək tədbirlər zamanı yaxından tanış olmaq mümkün olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR