Türkiyəli aktrisa Aslı Enver və həyat yoldaşı Berkin Gökbudak Praqaya köçəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Berkin Gökbudak sosial şəbəkədə paylaşım edib. O, yaxın həftələrdə Praqaya köçməyə hazırlaşdıqlarını açıqlayıb.
Qeyd edək ki, Aslı Enver və Berkin Gökbudak 2022-ci ildə ailə qurub. Onların 2023-cü ildə Elay adlı qızları dünyaya gəlib. Cütlük üç il əvvəl Praqada olarkən "Bir gün bura ev ola bilər" paylaşımını etmişdi. (Axşam.az)
















