• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın...

DÜNYA

29 Sentyabr 2026 | 00:45 | Müəllif: Subhan Mahmudov

NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın...

Rusiyanın Avropadakı fəaliyyətinin məqsədlərindən biri Ukraynaya dəstəyi davam etdirməkdə müttəfiqlərin iradəsini zəiflətməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç deyib.

Qrinkeviç Avropa İttifaqı deputatlarına açıqlamasında bildirib ki, Avropa ölkələri Rusiyaya aid edilən təxribat və digər sabitliyi pozan fəaliyyətlərə qarşı daha açıq mövqe nümayiş etdirməlidir.

Onun sözlərinə görə, belə hücumların arxasında Rusiyanın dayandığına dair əminlik olduqda bunu ictimaiyyətə açıqlamaq həmin fəaliyyətlərin qarşısının alınmasına kömək edə bilər.

Qrinkeviç sentyabrın 11-də fəaliyyətə başlayan "Eastern Sentry" missiyasının artıq müəyyən nəticələr verdiyini də qeyd edib. Belə ki, missiyanın fəaliyyətə başlamasından sonra Rusiya Baltikyanı ölkələrin və Polşanın hava məkanına dronlarla daxil olmaq məsələsində daha ehtiyatlı davranır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026