• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Neto karyerasını yenidən "Yuventus"da davam etdirəcək

İDMAN

28 Sentyabr 2026 | 19:06 | Müəllif: Subhan Mahmudov

Neto karyerasını yenidən "Yuventus"da davam etdirəcək

Braziliyalı qapıçı Norberto Neto karyerasını yenidən İtaliya təmsilçisi "Yuventus"da davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayb.

37 yaşlı qolkiper "ağ-qaralar"la 2027-ci ilin yayındaək müqavilə imzalayıb.

Neto daha əvvəl də "qoca sinyora"nın formasını geyinib. O, 2015–2017-ci illərdə komandanın heyətində çıxış edib və iki mövsüm ərzində 22 matça çıxıb.

Neto "Yuventus"dakı ilk dönəmində 2 dəfə A Seriyasının, 2 dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Superkubokunun qalibi olub.

Turin klubundan ayrıldıqdan sonra braziliyalı qapıçı karyerasını İspaniya və İngiltərədə davam etdirib. O, 5 il ərzində "Valensiya" və "Barselona", daha sonra isə 3 mövsüm "Bornmut" və "Arsenal"da forma geyinib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR