• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Liverpul"un yetirməsi "Mançester Yunayted"də

İDMAN

28 Sentyabr 2026 | 20:33 | Müəllif: Subhan Mahmudov

"Liverpul"un yetirməsi "Mançester Yunayted"də

“Mançester Yunayted” “Liverpul”un yetirməsi olan İsaak Konde ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, klub 16 yaşlı yarımmüdafiəçinin transferini açıqlayıb.

Qeyd edək ki, Konde ötən mövsüm “Liverpul”un U-18 komandasında 6 oyunda meydana çıxıb. O, həmin görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 5 turdan sonra 5 xalla 12-ci pillədə qərarlaşıb. Komanda 6-cı turda oktyabrın 10-da “Tottenhem”lə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026