Moldovanın müxalifət partiyalarının nümayəndələri qaz qiymətlərinin artmasına etiraz etmək üçün Milli Enerji Tənzimləmə Agentliyinin (ANRE) qarşısında toplaşıblar.
Bakıvaxtı.az "Radio Moldova"ya istinadən xəbər verir ki, etirazçılar qaz qiymətlərinin izahını və enerji sektoru rəsmilərinin istefasını tələb ediblər.
Etirazda iştirak edən Moldova millət vəkili Vasile Kostyuk bildirib ki, bu, etiraz deyil. Bu, ümidsizlik fəryadıdır, yorğun, aldadılmış və diz çökmüş insanların qəlbindən gələn fəryaddır.
Etirazçılar arasında pensiyaların aşağı olması və yaşayış xərclərinin artması səbəbindən ciddi çətinliklərlə üzləşən bir çox təqaüdçü də olub.
Gülşən Şərif
















