Hindistanın Uttar Pradeş ştatında baş verən daşqınlar nəticəsində 62 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ABC News” yerli rəsmilərə istinadən xəbər verib.
Daha 46 nəfərin isə xəsarət aldığı qeyd olunub.
3 gündən çox davam edən leysan yağışların səbəb olduğu sel 1000-dən çox evi dağıdıb.
Ştat ərazisində məktəblərin fəaliyyəti dayanıb.
Bu gündən yağıntı miqdarının azalacağı gözlənilir.
















