• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

3 yaşlı qızı 60 yaşlı kişiyə ərə verdilər - BU ÖLKƏDƏ

DÜNYA

28 Sentyabr 2026 | 09:46 | Müəllif: Günəş Mərd

3 yaşlı qızı 60 yaşlı kişiyə ərə verdilər - BU ÖLKƏDƏ

Pakistan polisi üç yaşlı qızını 60 yaşlı kişiyə ərə verməyə cəhd etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bəlucistan əyalətinin Çaman şəhərində baş verib.

Polisin məlumatına görə, qızın atası Əbdül Baki vəlvar ənənəsinin bir hissəsi olaraq Salah Uddin adlı 60 yaşlı şəxslə razılaşma əldə edib. Bu ənənəyə əsasən, bəy və ya onun ailəsi gəlinin qohumlarına əvvəlcədən müəyyənləşdirilmiş məbləğdə pul ödəyir.

Bildirilir ki, üç yaşlı qız üçün 2,5 milyon Pakistan rupisi, yəni təxminən 760 min rubl məbləğində razılaşma əldə olunub.

Lakin polis nikah baş tutmazdan əvvəl müdaxilə edib. Razılaşma yalnız kağız üzərində olub və pulun tam məbləği hələ ödənilməyib. Buna görə də nikah rəsmiləşdirilməyib.

Qız və anası qoruyucu nəzarətə götürülüb, ata saxlanılıb. 60 yaşlı Salah Uddinin isə axtarışına başlanılıb.

Polis həmçinin hadisənin qızın 14 yaşlı böyük bacısının yaxın vaxtlarda öldürülməsi ilə əlaqəsini araşdırır. Məlumata görə, 14 yaşlı qız Salah Uddinin 30 yaşlı oğlu ilə evli olub. Onun həyat yoldaşı qətldə şübhəli bilinərək saxlanılıb.

İstintaq iki ailə arasında yaranmış münaqişənin 14 yaşlı qızın ölümü ilə əlaqəsinin olub-olmadığını müəyyənləşdirməyə çalışır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026