Nyu-York və Vaşinqtonda iqtisadi və ticarət məsləhətləşmələrindən sonra Çin və ABŞ süni intellekt (Sİ) üzrə dialoq aparmaq barədə razılığa gəliblər.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, növbəti müzakirələr noyabr ayının sonuna planlaşdırılıb.
Məlumata görə, tərəflər növbəti dialoqda Sİ ilə bağlı hadisələri müzakirə etmək üçün rabitə kanalı yaratmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, ilk müzakirə zamanı Çin və ABŞ Sİ-nin riskləri və faydaları barədə fikir mübadiləsi aparıblar. Danışıqlar zamanı tərəflər tariflər və süni intellekt texnologiyaları da daxil olmaqla, ticarət və iqtisadi məsələləri müzakirə ediblər.
Gülşən Şərif
















