Avropa Birliyi (AB) Komissiyası üzv dövlətləri enerji qiymətlərinin artmasına cavab olaraq, təbii qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı Komissiyanın Enerji üzrə məsul üzvü Dan Yorgensen üzv ölkələrin nazirlərinə məktub göndərib.
Yorgensen qlobal təklifin məhdudluğu və qiymətlərin dəyişkənliyi şəraitində tələbin azaldılmasının qiymətlərin idarə olunmasına kömək edə biləcəyini bildirib. O, əlavə edib ki, təchizat böhranı ilə əlaqəli qiymət böhranı yaşanır.
Aİ-də qaz ehtiyatlarının olduqca aşağı olduğunu qeyd edən Yorgensenə görə, enerji qiymətlərinin tənzimlənməsi tədbirləri istehlakın artmasına səbəb olmamaq üçün hədəfli və müvəqqəti olmalıdır.
Gülşən Şərif
















