• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Milli Observatoriyanın SosialLab müsabiqəsinin ilk görüşü keçirilib

CƏMİYYƏT

28 Sentyabr 2026 | 10:36 | Müəllif: Qalib İbrahimoğlu

Milli Observatoriyanın SosialLab müsabiqəsinin ilk görüşü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yeni SosialLab elmi-analitik müsabiqəsinin ilk mərhələsi üzrə görüş baş tutub.
    
Bakıvaxtı.az
xəbər verir ki, görüşdə ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə layihənin mahiyyəti, müsabiqənin şərtləri və qiymətləndirmə meyarları təqdim olunub.
    
Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov komandalar üçün effektiv təhlil və tədqiqat metodları üzrə təlim keçib, hesabatların hazırlanması qaydaları və metodoloji yanaşmalar izah edilib.
   
Müsabiqə çərçivəsində təqdim olunacaq hesabatlar texniki uyğunluq və plagiat yoxlamasından sonra beynəlxalq akademik meyarlarla qiymətləndiriləcək. 

Qalib komandaların məqalələrinin Scopus indeksli jurnallarda dərc olunması üçün akademik redaktə və çap dəstəyi göstəriləcək.
  
Gənclərin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilən və iki ay davam edəcək SosialLab müsabiqəsində 11 ali təhsil və tədqiqat müəssisəsi iştirak edir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026