Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkmənistanı Milli Gün münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkə hesabında paylaşım edilib.
"Qardaş Türkmənistan xalqını və hökumətini Türkmənistanın Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Türkmənistana davamlı sülh, firavanlıq, tərəqqi və inkişaf arzulayırıq.
Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.
















