• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Poverbank yandı, təyyarə təcili eniş etdi

DÜNYA

27 Sentyabr 2026 | 20:13 | Müəllif: Gülşən Şərif

Poverbank yandı, təyyarə təcili eniş etdi

Frankfurt-Mayndan Lissabona uçan “Lufthansa”ya məxsus sərnişin təyyarəsi göyərtəsində poverbankda baş verən yanğın səbəbindən Lionda təcili eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Lufthansa” sözçüsü məlumat yayıb.

Bildirilib ki, hadisə dünən axşam baş verib. Poverbank sərnişin oturacaqlarından birinin yaxınlığında alovlanıb. Ekipaj cihazı xüsusi çantaya yerləşdirərək yanğını tez bir zamanda söndürüb.

Təhlükəsizlik səbəbi ilə pilotlar Lionda təcili eniş etmək qərarına gəliblər və eniş icazəsi üçün fəlakət siqnalı göndəriblər.

Qeyd edək ki, göyərtədə 198 sərnişin və altı heyət üzvü olub. Xəsarət alan yoxdur. (axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR