• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İmişli Şəkər Zavodunda yanğın olub

HADİSƏ

27 Sentyabr 2026 | 23:21 | Müəllif: Gülşən Şərif

İmişli Şəkər Zavodunda yanğın olub

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə anbarların birində qeydə alınıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026