Futbol üzrə Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub.
Bakıvaxtı.az fanat-a istinadən xəbər verir ki, ölkənin əsas yığması Ramaz Svanadzeyə tapşırılıb.
Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə müddəti 2028-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda Svanadzeni onun köməkçisi olmuş Georgi Adamiya əvəzləyəcək.
Qeyd edək ki, Adamiya futbol oynadığı dönəndə Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”də (hazırkı “Şamaxı”) çxış edib.
















