• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirildi

DÜNYA

27 Sentyabr 2026 | 15:34 | Müəllif: Subhan Mahmudov

Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirildi

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib.

Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

"HDQ döyüşçüləri radioelektron mübarizə vasitəsilə həyata keçirilən əlaqələndirilmiş və mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ ordusuna məxsus qabaqcıl bir sualtı pilotsuz qurğunu tələyə sala biliblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu sualtı pilotsuz qurğu daha əvvəl ələ keçirilən "Remus 600" aparatının bir növüdür və hazırda onun məlumatlarının bərpa edilməsi məqsədilə mütəxəssislərinin ixtiyarına verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026