• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

3 günlük istirahət olacaq - BU TARİXLƏRDƏ

CƏMİYYƏT

28 Sentyabr 2026 | 11:25 | Müəllif: Günəş Mərd

3 günlük istirahət olacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin sonuna qədər qarşıda bir neçə qeyri-iş günü və ardıcıl istirahət günləri gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, oktyabr ayında beşgünlük iş rejimində çalışanlar ümumilikdə 9 gün, altıgünlük iş həftəsi üzrə çalışanlar isə 4 gün istirahət edəcəklər.

Noyabrda isə istirahət günlərinin sayı daha çox olacaq. Ay ərzində Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl üç qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-i və 9-u qeyri-iş günləridir, noyabrın 10-u da istirahət gününə düşür.

Bununla yanaşı, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanların ümumilikdə 11, altıgünlük iş həftəsi ilə işləyənlərin isə 7 istirahət günü olacaq.

Dekabr ayında beşgünlük iş rejimində çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün isə 5 qeyri-iş günü nəzərdə tutulub. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin gün də iş günü sayılmır.

Beləliklə, ilin son üç ayında iş rejimindən asılı olaraq qeyri-iş günlərinin sayı fərqli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026