• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qüvvədə olan dövlət qulluğu sertifikatlarının müddəti azaldılır?

CƏMİYYƏT

28 Sentyabr 2026 | 10:24 | Müəllif: Əli Hüseynov

Qüvvədə olan dövlət qulluğu sertifikatlarının müddəti azaldılır?

Ötən həftə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində qeyd olunurdu ki, "Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti azaldılır.

Bakıvaxtı.az bildirir ki, hazırda bu müddət beş ildir və iki ilə qədər endirilməsi təklif olunur.

Görəsən, hazırda bu müddət qüvvədə olan sertifikatlara da şamil olunacaq?

Belə ki, digər normativ hüquqi aktların Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılması üçün keçid mexanizmi müəyyən edilir.

Həmin aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq.

Vurğulanıb ki, eyni zamanda, hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"nın hüququ qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni məcəlləyə uyğun olaraq keçirilən müsahibələrdə iştirak edə biləcəklər.

Milli Məclis

Dövlət qulluğu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026