• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyənin cənub-şərqində avtobus qəzasında 7 nəfər ölüb

DÜNYA

27 Sentyabr 2026 | 21:22 | Müəllif: Gülşən Şərif

Türkiyənin cənub-şərqində avtobus qəzasında 7 nəfər ölüb

Türkiyənin Qaziantep vilayətinin Nurdаğı rayonunda şəhərlərarası avtobusun iştirakı ilə baş verən yol qəzasında azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NTV” təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.

Qəza sentyabrın 27-də Qaziantep–Osmaniyə avtomobil yolunun Nurdаğı rayonundan keçən hissəsində baş verib. İlkin məlumata görə, avtobus naməlum səbəbdən minik avtomobili ilə toqquşub və daha sonra aşıb.

İlkin məlumatlara əsasən, avtobus yerli sakinləri daşıyırmış. Qəzanın səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR